top of page
logo .png

Dəvətnamələr və onların tədbirlərin təşkilində rolu

  • Writer: Amapola exclusive events
    Amapola exclusive events
  • Apr 29, 2020
  • 2 min read

Updated: Aug 25, 2020

Dəvətnamələr – sizdə və möhtəşəm bir hadisənin baş verməsini gözləyən qonaqlarınızda sehrli əhval-ruhiyyəni yaratmaq üçün ilk açardır. Bəzən elə görünür ki, orijinal dəvətnamə yaratmaqdan maraqlı əyləncə gecəsini təşkil etmək daha asandır, axı dəvətnamə – tədbirin “simasıdır”. O, bü dcə, format və vüsəti göstərir. Ona baxarkən, qonaqlarda tədbir haqqında təsəvvür yaranır və onlar gedib-getməmək, nə geyinmək və nə gözləmək barədə qərar qəbul edə bilərlər. Adi dəvətnamə insanları laqeyd qoyacaq.

Tədbirə dəvətnamə – fərdi formada müraciət etmək və kimisə müəyyən tədbirə dəvət etmək üçün əla vasitədir. Tədbirə dəvətnamədə konkret tarix və keçirilmə yeri göstərilməklə qısa məlumat verilir. Dəvətnamələr seminarların, tematik tədbirlərin, təqdimatların, ad günlərinin və yubileylərin, toyqabağı və toy mərasimlərinin və digər mərasimlərin keçirilməsində uğurla istifadə olunur. 

Amapola Exclusive Events mütəxəssisləri hər bir dəvətnamə üçün unikal dizaynı diqqətlə hazırlayırlar. Dəvətnamələrin üslubu və dizaynı qarşıdan gələn tədbirin mövzusundan və sifarişçinin istəyindən asılıdır.

Biz bilirik ki, şənliyə hazırlıq necə həyəcanlı və məsuliyyətlidir – bir çox təfərrüatları nəzərə almaq lazımdır, axı bayramın bütün sehri məhz onlardadır.

Tədbirin hansı formatı var: rəsmi, yoxsa qeyri-rəsmi?

Rəsmi tədbirlər üçün dəvətnamələrin müəyyən edilmiş formatı vardır ki, bunlarda da hər şey kifayət qədər ciddidir. Birincisi, dəvətnamələr yalnız qar kimi ağ kağızda (off white) və yalnız qara boya ilə çap olunur. Dövlət səviyyəsində diplomatik, rəsmi və digər qəbullar üçün – bütün mətn çap formada olur, daha az ciddi olanlar üçün qismən əl ilə doldurulmasına icazə verilir. İkincisi, belə dəvətnamələri ən azı iki həftə qabaqcadan (daha yaxşı olar ki bir ay qabaqcadan) göndərmək lazımdır. Həmçinin onların geyim formasının göstərilməsini, imtina halında təşkilatçılara məlumat vermək xahişi və s.-ni nəzərdə tutan müəyyənləşdirilmiş bir mətn nümunəsi olur. Ümumiyyətlə, dizaynerin burada əl-qol açmağa imkanı olmur.

Qeyri-rəsmi dəvətnamələri şərti olaraq iki kateqoriyaya ayırmaq olar: özəl tədbirlər (toylar, yubileylər, ad günləri) və kommersiya (şirkətin ad günü, yeni mağazanın açılışı, sərgi və s.). Səbəbdən asılı olaraq, fantaziyanı nümayiş etdirmək və dəvətnamədən kiçik şedevr yaratmaq imkanı var.

Comments


  • Asset 5public
  • Asset 3public
  • Asset 6public
  • Asset 4public
bottom of page