Kinoteatr – tədbirlərin təşkilinin dizayn hissəsininimkanlarını genişləndirən bir sahədir.
- Amapola exclusive events
- Sep 11, 2020
- 2 min read
Updated: Sep 23, 2020

Heç kimə sirr deyil ki, ilk kinoteatr 1890-cı illərin sonunda, kinematoqrafiyanın özünün yarandığı bir zamanda meydana çıxıb. Sözsüz ki, insanlarlarla birlikdə ekran qarşısında əyləşib filmləri izləmək və orada baş verən hadisələrin atmosferinə dalmaq çox maraqlı oldu.
Şübhəsiz hər birimiz heç olmasa bir dəfə kinoteatrda olmuşuq və baxdığımız filmin təsir qüvvəsini hiss etmişik. Sadəcə yadınıza salın ki, biz yeni çıxan filmi və ya kino qəhrəmanlarını müzakirə etmək üçün yaxşı bir həm söhbət tapanda necə sevinirik.
Bu təbiidir!
Axı əbəs yerə deyildir ki, yeni-yeni texnologiyalar zəngin, parlaq rənglər və güclü səs effekti yaradaraq ekranda baş verənləri böyük ustalıqla canlandırır, bununla da bizi ildən-ilə kino dünyasına daha çox yaxınlaşdırır.
Əlbəttə ki, ən maraqlısı hələ qabaqdadır, çünki texnologiyalar bir yerdə dayanmır , sürətlə inkişaf edərək həyatımızın bir hissəsinə çevrilirlər.
İndi sizdə yəqin ki, belə bir sual yaranacaq . Bəs kino ilə tədbirlərin təşkili arasında olan əlaqə nədən ibarətdir?
Sizin üçün kiçicik bir sirr açaq;)
Kinoteatr – reklam imkanları üçün çox əlverişli birsahədir!
Bəli, bəli, həm də yalnız filmlərin reklamları üçün deyil, hər zaman ziyarətçiləri cəlb etmək, təəccübləndirmək və əyləndirmək məqsədilə istifadə edilən bir istirahət zonasıdır.
“ Biz hər şeyi ən incə detallara qədər düşünmüşük! Rahat kürsülər və masalar popkorn barın ətrafında yerləşdirilib ” – deyə rəhbərlik bildirir.
Marketinq şöbəsi elan edir: “Bir reklamı işə saldıq”
Ev işçisi söyləyir: “Biz hər zaman səliqəyə və təmizliyə riayət edirik!”
Bəlkə 21-ci əsr deyil, məsələn, 17-ci əsr olsaydı budeyilənlər kifayət edərdi;)
Bu gün isə insanları cəlb edib öz arxanca aparmaq üçün, hətta daimi ziyarətçilərin, qonaqların üstündən ötüb keçdiyi adi məqamları belə nəzərə alıb hər şeyi xırdalığına qədər düşünmək lazımdır.
Məhz belə vacib məsələlər üçün kino zallarının sahibləri tədbirlərin təşkili şirkətinə müraciət edirlər.
Biz nə təklif edə bilərik?
Düzünü desək, bəzən heç özümüz gözümüzün önündə canlanan xəyallarımızla ayaqlaşa bilmirik və bu səbəbdən onları mümkün qədər tez mövcud həqiqətlərə uyğunlaşdırmağa çalışırıq.
Novruzda bahar fotovolu, Kosadan ən tələbkar və ən kiçikyaşlı müştərilər üçün möcüzəli nağıllar, zərif xanımların hər zaman arzuladıqları gül-çiçək fotovolu və hətta macəra sevərlər üçün bir qədər qorxulu, həyəcanlı, əyləncəli Hellouin fotovolu…
Məşhur personajları animatorlar və peşəkar aktyorların simasında canlandırmaq, atmosfer və duyğular yaratmaq – uzun müddət izləyicilərin xatırələrində qalır.
Digər reklam texnologiyalarından fərqli olaraq bu şirkətdə təqdim olunan məlumatlar reklam yaradıcılarına olan inamın nəticəsində baş tutduğundan daha təsirli olur. Məhz bu səbəbdən məhsul və xidmətlərin öndə olmasına xidmət edən bu istiqamətə laqeydlik göstərmək çox əsassız bir yanaşma olar.
Siz sadəcə təsəvvür edin ki, Google, youtube, facebook və netflix kimi nəhənglər büdcəsinin təxminən 60% -ni müxtəlif reklamlara xərcləyirlər. Bu onların çox güclü cəhətidir, çünki insanların şüuraltına təsir edərək, onlarda istədiklərini əldə etmək üçün güclü emosiya yaratmağı bacarırlar.
Nəticədə onu da deyə bilərik ki, reklam sayından asılı olmayaraq, hər hansı bir real müştəri ilə birbaşa əlaqə həqiqətən də izləyicinin marağına səbəb olur və alış qərarlarında ən təsirli vasitə olaraq qalır.
Bütün bunlar və hələ demədiyimiz bir çox şeylər – kinoteatrla bərabər istənilən hər hansı bir markanı tanıtmaq üçün əla marketinq strategiyasıdır.
Yeri gəlmişkən söyləyək ki, bir xırda detala da diqqət yetirmişik – insanlar müşahidə etməyi, izləməyi sevirlər…
Biz isə – həyata keçirməyi! 😉
Comments