top of page
logo .png

Sərgi və yarmarkalar – böyük beynəlxalq platformalar

  • Writer: Amapola exclusive events
    Amapola exclusive events
  • May 18, 2020
  • 1 min read

Updated: Aug 25, 2020

Sərgi və yarmarkalar iqtisadiyyat, elm, texnika, mədəniyyət, incəsənət və ictimai həyatın digər sahələrində əldə olunan nailiyyətlərin nümayiş etdirildiyi platformalardır.

Sərgilərdən fərqli olaraq yarmarkalar ilin müəyyən vaxtı, müəyyən yerdə və müəyyən olunmuş müddətdə keçirilir. Onlar, əsasən, əsas məqsədinin məhsul satışı olduğu bazar xarakterli tədbirlərdir.


Sərgilər isə, öz növbəsində, həm təbliğat, həm kommersiya xarakteri daşıyır və bu və ya digər nailiyyətlərin ictimaiyyətə nümayiş etdirilməsi üçün nəzərdə tutulub.

Bir sözlə, sərgi və yarmarkalar məhsulların reklamı və satış həcminin artırılması üçün əlverişli marketinq alətidir. Şirkətlər məhsullarını hədəf auditoriyaya nümayiş etdirmək, ticarət əlaqələri qurmaq, rəqiblər haqqında daha çox məlumat əldə etmək imkanı əldə edir.

Sərgi-yarmarka tədbirlərinin keçirilməsində əsas məqsədlər:

  • alıcı sayının artırılması;

  • yeni məhsulun/xidmətin təqdimatı;

  • yeni məhsulların sınaqdan keçirilməsi və bazarda mövcud olan məhsullarla müqayisə olunması;

  • satış nöqtələri və vasitəçi axtarışı;

  • təchizat müqavilələrinin bağlanması.

Sərgi və yarmarkaların təşkilində peşəkarların iştirakı mütləqdir.

Bu sahədə zəngin təcrübəyə malik olan “Amapola Exclusive Events” şirkəti sərgi-yarmarka tədbirlərinin təşkilində öz xidmətlərini təklif edir.

Şirkətin portfelində “Soyuq əllər, isti ürək” və “Torpaq əlimdə, bahar ürəyimdə” kimi xeyriyyə yarmarkaları, həmçinin fərdi sərgilər yer alır.


Comments


  • Asset 5public
  • Asset 3public
  • Asset 6public
  • Asset 4public
bottom of page